İlmi Neşirler
Orta əsr İslam fikrində din və fəlsəfə
Monoqrafiyada Orta əsr islam fikrində din-fəlsəfə münasibətləri klassik və müasir mənbələr əsasında kompleks şəkildə öyrənilmiş, Orta əsr islam rasional fikrinin təşəkkülü tarixi, rasional proseslər və din-fəlsəfə münasibətləri, Qurani-Kərimdə rasional düşüncə tərzinə, ağıla verilmiş əhəmiyyət, Peyğəmbər və səhabələrin yaşadıqları dövrün rasio-nal mənzərəsi, erkən islam dövründə rasional düşüncə tərzinin təşəkkülü və ilk rasional təlimlərin yaranmasında daxili və xarici amillərin rolu, qeyri-fəlsəfi rasional islam fikrində iman-ağıl münasibətləri və bu zəmində ortaya çıxmış ziddiyyətlərin səbəbləri, rasional-dini təlimlərin metodoloji bazasında dinin ehkamlarının yeri, sufilik, “Saflıq qardaşları” və işra-qilik təlimlərində iman-ağıl məsələləri, islam fəlsəfəsi – məşşailikdə isə din-fəlsəfə problemi öyrənilmiş, əlaqədar ideya və konsepsiyalar təhlil olunmuşdur. Həmçinin müəllif məşşai filosofların din-fəlsəfə münasibətləri problemini həlli cəhdlərinin ilahiyyatçılar tərəfindən tənqid edilməsinin səbəblərini, din-fəlsəfə münasibətləri probleminə bəzi ənənəvi baxışların qeyri-obyektivliyini, islam fikrində dinlə rasional təfəkkürün əksliyinin qeyri-mümkünlü-yünü göstərmişdir.
Müəllif hüququ (c) 2023 Azərbaycan İlahiyyat İnstitutu
Endirin
##plugins.themes.scholarya.publication.info##
-
##plugins.themes.scholarya.publication.type##Yazı
-
Nəşr olunandekabr 3, 2023
-
Seriya
-
ISBN-13 (15)978-9952-837-02-5
-
Fiziki ölçülər
Bu yazı ilə bağlı təfərrüatlar
Orta əsr İslam fikrində din və fəlsəfə. (2023). Azərbaycan İlahiyyat İnstitutu. https://publications.ait.edu.az/ait/catalog/book/4